Avropa İttifaqı (Aİ) artıq 2022-ci ildə Ukraynaya 22 milyard avro, o cümlədən hərbi yardım üçün 3 milyard, humanitar, maliyyə və iqtisadi yardım üçün 19 milyard avro xərcləyib, bu məbləğə Aİ-yə üzv dövlətlərdən birbaşa silah tədarükü daxil deyil.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel cümə axşamı Myunsterdə “Böyük Yeddilər” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı jurnalistlərə bildirib.
“Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün artıq 22 milyard avro ayırıb. 22 milyard avro! Mən üzv ölkələrin ikitərəfli şəkildə göstərdiyi hərbi yardımı saymıram. Mən yalnız Avropa Sülh Fondu vasitəsilə ayrılan 3 milyard avronu (silah tədarükü üçün) sayıram. Fond və Ukraynaya maliyyə və iqtisadi dəstək üçün 19 milyard avro ayırıb, ukraynalılara qışa dözə bilmələri üçün humanitar yardım göstərib”, – Borrel bildirib.
Eyni zamanda o, Kiyevə yardımın daha da artırılmasının lazım olduğunu vurğulayıb.
“Qış gəlir”, – Borrel xəbərdarlıq edib.