Bu gün dünya bazarında neft qiymətləri artıb.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 76,54 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,19 % çoxdur.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri 0,76 % bahalaşaraq 1 barel üçün 71,86 ABŞ dolları olub.