Neft qiymətləri əvvəlki sessiyanın sonunda iyunun 27-dən bəri ən aşağı səviyyəyə endikdən sonra bu gün də aşağı düşüb.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,15 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 73,09 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri 0,14 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 68,47 ABŞ dolları olub.