Britaniya ekstremist yəhudi işğalçılarının ölkəyə girişini qadağan edəcəkbackend

Britaniya ekstremist yəhudi işğalçılarının ölkəyə girişini qadağan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ekstremist yəhudi işğalçılarının fələstinli mülki vətəndaşları hədəfə aldığını və öldürdüyünü bildirərək, onların Böyük Britaniyaya girişinə qadağa qoyulacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsrailin bu hücumları dayandırmaq üçün lazımi addımları atması və günahkarları məsuliyyətə cəlb etməsi lazım olduğunu vurğulayan Kemeron deyib: “Ölkəmiz bu dəhşətli hərəkətləri təşkil edənlərə ev sahibliyi etməməsi üçün məskunlaşanlara qarşı şiddət törədənlərin İngiltərəyə girişini qadağan edirik”.