Britaniyanın maliyyə naziri və Cənub-Qərbi Surrey əyalətinin deputatı Ceremi Hantın seçki ofisinin pəncərə və qapılarına “Mühafizəkarların pisliyinə ölüm” sözləri sprey boya ilə vurulduqdan sonra polis araşdırmalara başlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Britaniya mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Hindhead bölgəsində Hantın seçki bürosunun pəncərə və qapılarına “Mühafizəkar pisliklərə ölüm” sözləri yazılıb.
Surrey polisi açıqlamasında deyib: “Polisə Hindhead bölgəsində, təxminən 4 mart saat 20:00-21:00 arasında bir binaya hücum barədə məlumat verilib. Hücum binanın xaricindəki qapı və pəncərələrə sprey yazıları ilə bağlı olub. Hadisə zamanı binada heç kim olmayıb”.
Polis binanın pəncərələri və qapısına yazılan yazılarla bağlı araşdırma başlatdıqlarını da açıqlayıb.
“İngilis xalqı tolerantlığı ilə məşhurdur. Ona görə də biz dünyanın ən güclü demokratiyalarından biriyik. Bir neçə nəfər bizi qorxuda bilməz”, – Hant deyib.
Böyük Britaniyada daxili işlər naziri Ceyms Kleverli təhdidlərin “parlament üzvünün vəzifəsi xarakteri daşıdığını” və əlavə mühafizə büdcəsi ayırdıqlarını bildirdi.
Digər tərəfdən, keçən fevral ayında 3 qadın millət vəkilinə təhlükəsizlik səbəbilə polis mühafizəsi və sürücülərin olduğu nəqliyyat vasitələri verilib.