Bu gün “Azərpoçt”un sədri canlı yayımda olacaqbackend

Bu gün “Azərpoçt”un sədri canlı yayımda olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Rəqəmsal Dialoq” layihəsinə davam edir.

İnterpress.az xəbər verir ki, bu gün saat 17:00-da nazirliyin “Facebook” səhifəsində “Rəqəmsal Dialoq” verilişinin yeni buraxılışı yayımlanacaq.

Canlı yayımlanacaq proqramın qonağı “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilovdur.

Verilişin mövzusu yenilənən “Azərpoçt”dur.

Veriliş “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimovanın təqdimatında həyata keçiriləcək.

Hər kəs bu gün saat 17:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Facebook” səhifəsində “Rəqəmsal Dialoq” verilişini izləməyə və özlərini maraqlandıran suallarıı ünvanlamağa dəvətlidir.