Bu il Azərbaycan ərazisində 3 595 təkan qeydə alınıbbackend

Bu il Azərbaycan ərazisində 3 595 təkan qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin doqquz ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu 8 068 yeraltı təkan qeydə alıb.

Mərkəzdən İnterpress.az-a verilən məlumata görə, bunlardan 3 595-i Azərbaycan ərazisində qeydə alınan təkanlardır.

Qeyd olunub ki, bu ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 62 zəlzələ qeydə alınıb. Doqquz ay ərzində Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublika ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərdə baş verib.

Azərbaycan ərazisində yüksək maqnitudalı zəlzələ ml-5.6 Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il) 2023-cü ilin 9 ayı ərzində Azərbaycan ərazisində iki güclü maqnitudası olan ml=5.2 (Kürdəmir) və ml=5.6 (Xəzər zəlzələsi) olan zəlzələlər baş verib. Bu ilin doqquz ayı ərzində qonşu ölkələrin ərazisində (Türkiyə, Gürcüstan-Ermənistan sərhəddi, İran ərzisi) seysmik aktivlik artıb.

RSXM İranda 11, Türkiyədə 2, Gürcüstanda 1, Ermənistan ərazisində də 1 yeraltı təkan qeydə alıb. Qonşu ölkələrin ərazilərində baş vermiş zəlzələlər maqnitudasından və məsafədən asılı olaraq Azərbaycan ərazisində də 5-3 bala qədər hiss olunub.