Bu ilin fevralı bütün illərin ən isti qış ayı kimi tarixə düşübbackend

Bu ilin fevralı bütün illərin ən isti qış ayı kimi tarixə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin (AB) Kopernik peyk monitorinq sistemi ilə aparılan ölçmələrə görə, keçən ay dünyada indiyə qədər qeydə alınan “ən isti fevral” olub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Kopernik tərəfindən edilən açıqlamaya görə, keçən ay dünya üzrə orta səth hava istiliyi 13,54 dərəcə Selsi olaraq ölçülüb.

Bu ölçü fevral ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,81 dərəcə və 2016-cı ildə qeydə alınan əvvəlki ən isti fevraldan 0,12 dərəcə yüksək olmuşdur.

Belə ki, son 9 ay indiyə qədər qeydə alınan ən isti aylar olsa da, son 12 ayda (2023-cü ilin mart-2024-cü ilin fevral ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,68 dərəcə yüksək artıb.

Avropada builki qış 1991-2020-ci illərin orta göstəricisindən 1,44 dərəcə yüksək olub və 2019-2020-ci illərin qışından sonra rekordlar üzrə ikinci ən isti qış kimi qeydə alınıb.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo, fevral ayının son aylarda qeydə alınan rekord temperaturlar arasında olduğunu ifadə edərək, qlobal istiləşmənin qarşısı alınmasa, dünyada rekord temperaturların yaşanmağa davam edəcəyi barədə xəbərdarlıq edib.

Avropada fevral ayında havanın temperaturu 1991-2020-ci illərin orta göstəricisindən 3,30 dərəcə yüksək olub, Mərkəzi və Şərqi Avropada isə “ortadan çox yuxarı” temperatur yaşanıb.

Şimal Sibirdə, Şimali Amerikanın mərkəzi və şimal-qərbində, Cənubi Amerikanın böyük hissəsində, bütün Afrikada və Qərbi Avstraliyada da “ortadan yuxarı” temperatur qeydə alınıb.

Dəniz səthinin temperaturu, eləcə də bütün dünyada səth havasının temperaturu “qeyri-adi yüksək səviyyələrə” çatıb.

Fevral ayında 21,06 dərəcə Selsi ilə ölçülən dəniz səthinin orta temperaturu hər ay üçün qeydə alınmış ən yüksək temperatur olub.

2023-cü ilin avqustunda qeydə alınan əvvəlki rekordda dəniz səthinin temperaturu 20,98 dərəcə olub.