Çavuşoğlu Türkiyə, Özbəkistan və Azərbaycan XİN başçılarının görüşü üçün Daşkənddə səfərdədirbackend

Çavuşoğlu Türkiyə, Özbəkistan və Azərbaycan XİN başçılarının görüşü üçün Daşkənddə səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana rəsmi səfər edib.

Bu barədə türkiyəli nazir “Twitter“ səhifəsində yazıb.

“Türkiyə, Özbəkistan və Azərbaycanın xarici, ticarət və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu ilə biz atayurdumuz və hərtərəfli strateji tərəfdaşımız olan Özbəkistanın paytaxtı Daşkənddəyik”,- deyə paylaşımda bildirilir.