Cənubi Kipr Rum Administrasiyasının (GCASC) keşişlərinin son günlər korrupsiya və cinsi təcavüz cinayətləri ilə gündəmə gəldiyi Osiou Avvakum Manastırından sızan bir videoda keşişin təmizlikçi qadına qarşı şiddəti sosial mediada reaksiyalara səbəb olub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kipr Rum Sigma TV-nin əldə etdiyi videoda paytaxt Cənubi Lefkoşanın Fterikoudi kəndindəki Osiou Avvakum monastırında bir keşiş qışqıraraq təmizlikçi qadını vurur.
Qadın yerə yıxılan zaman digər din xadimləri müdaxilə etsə də, qəzəbli keşiş əlindəki kəmərlə süpürgəçini vurmağa davam edib. Videoda keşişin söyüşləri və qadının ağlama səsi aydın eşidilir.
Video yayıldıqca minlərlə insan monastırda baş verən zorakılığa həm mətbuatda, həm də sosial mediada reaksiya verib.
Təmizlikçi qadının zorakılığa məruz qaldığı monastırın rahiblərinə qarşı daha əvvəl Kipr Pravoslav Kilsəsinin başlatdığı korrupsiya və cinsi təcavüz istintaqı da məhkəmə orqanlarına təhvil verilib.
Yunan mətbuatında yer alan xəbərə görə, Osiou Avvakum monastırında baş verən bütün hadisələri araşdırmaq üçün 2 yüksək cinayət hakimi təyin edilib.
Keçən həftə Cənubi Kipr Rum Administrasiyasının Fterikoudi kəndindəki Osiou Avvakum Manastırında çalışan iki keşiş haqqında homoseksual əlaqədə olduqları, kilsəyə gələn qadınlara cinsi təcavüz etdikləri, bunu videoya çəkdikləri iddiaları ilə istintaq başladılıb. Monastırda qeydiyyatsız 800 min avro pul saxlayıb, korrupsiyaya yol verib və monastır müvəqqəti bağlanıb.