Cənubi Koreya 11 gəmini Şimali Koreyaya qanunsuz resurslar təmin etdiyi üçün sanksiya siyahısına daxil edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreya Xarici İşlər Nazirliyi Şimali Koreya gəmiləri ilə neft və kömür qaçaqmalçılığı yolu ilə bu ölkəyə qaynaq təmin etdikləri səbəbiylə 11 gəmi, 2 nəfər və 3 şirkətə sanksiya tətbiq edildiyini açıqlayıb.
Yonhap-ın məlumatına görə, nazirliyin açıqlamasında, sanksiyaların Şimali Koreyaya “nüvə və raket proqramlarında istifadə edilən qeyri-qanuni qaynaqların və maliyyə təminatının qarşısını almaq üçün” tətbiq edildiyi bildirilib.
Açıqlamada 11 gəminin Şimali Koreya gəmilərinə “rafinə edilmiş neft və kömür daşıyaraq qaçaqmalçılıq etdikləri” səbəbiylə sanksiya əhatəsinə daxil edildiyi və bu çərçivədə 2 Şimali Koreyalının olduğu paylaşılıb. O cümlədən 3 şirkət də sanksiya siyahısına əlavə edilib.
Açıqlamada Cənubi Koreyanın 2016-cı ildən bəri ilk dəfə gəmilərə qarşı “müstəqil sanksiyalar” tətbiq etdiyi bildirilib.