Cənubi Koreya 2 Çin və 4 Rusiya təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Kimlik Zonasına (KADIZ) daxil olduğunu və bölgəyə döyüş təyyarələri göndərdiklərini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamaya görə, günorta saatlarında 2 Çin və 4 Rusiya təyyarəsinin Ulleunq adasının şimalında KADİZ-ə daxil olduğu müəyyən edilib.
Təyyarələrin ölkənin hava məkanını pozmadığı bildirilən açıqlamaya görə, Cənubi Koreya ehtiyat tədbiri olaraq bölgəyə döyüş təyyarələri göndərib.
Beynəlxalq hüquqda müəyyən edilməyən və heç bir beynəlxalq orqan tərəfindən idarə olunmayan Hava Hücumundan Müdafiə və İdentifikasiya Zonası (ADIZ) ümumiyyətlə ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.
İdentifikasiya zonasına ölkənin müəyyən edilmiş hava məkanını pozmaq niyyətində olmayan mülki təyyarələr daxil deyil, lakin bölgəyə daxil olan hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilir və xəbərdarlıq edilir.