Cənubi Koreya ABŞ ilə birgə hava təlimləri keçiribbackend

Cənubi Koreya ABŞ ilə birgə hava təlimləri keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri “Şimalın təhdidlərinə qarşı” birgə təlim keçirib, bu təlimdə döyüş təyyarələri iştirak edib və real sursatlardan istifadə olunub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya Hərbi Hava Qüvvələri bu gün başa çatacaq hava təliminə iki ölkədən 40 təyyarənin qatıldığını bildirib.

Mövzu ilə bağlı açıqlamada ABŞ və Cənubi Koreyanın hava qüvvələrinin ortaq təlimində əsl sursatdan istifadə edildiyi, pilotların Şimali Koreya təhdidinə qarşı qanadlı raketlər və idarə olunan bombalarla atış təlimi keçdiyi bildirilib.

Cənubi Koreya və ABŞ-ın “ortaq müdafiə duruşunu gücləndirmək” məqsədi ilə təşkil etdiyi “Azadlıq Qalxanı” adlı 11 günlük birgə təlim martın 14-də başa çatıb.