Cənubi Koreya Şimali Koreya təhdidinə qarşı 5 ildə müdafiə sənayesinə təxminən 266 milyard dollar xərcləməyi planlaşdırır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya Müdafiə Nazirliyi 2024-2028-ci illəri əhatə edən orta müddətli müdafiə planını açıqlayıb.
Müvafiq olaraq, Cənubi Koreya “ordunun müdafiə sənayesini Şimali Koreyanın hərbi təhdidlərinə qarşı gücləndirmək” üçün təxminən 266 milyard dollar büdcə ayırıb.
Büdcə çərçivəsində müdafiə qabiliyyətinin inkişafı və texnikanın saxlanması nəzərdə tutulur.
Orta müddətli müdafiə planına hərbi kəşfiyyat peyklərinin alınması və daha çox sualtı qayıqların yerləşdirilməsi kimi bir neçə müdafiə məqsədi də daxildir.