Cənubi Koreyanın bıçaqlanan müxalifət liderinin həyati təhlükəsi yoxdurbackend

Cənubi Koreyanın bıçaqlanan müxalifət liderinin həyati təhlükəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın aparıcı müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myuna təcili tibbi yardım göstərilib, hazırda zədə siyasətçinin həyatı üçün təhlükə yaratmır.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, siyasətçi helikopterlə Pusandan Seuldakı xəstəxanaya aparılıb.

Qeyd edək ki, mətbuat konfransı zamanı naməlum şəxs siyasətçinin boynuna bıçaq xəsarəti yetirib. Həmin şəxs saxlanılıb.