Ceyhun Bayramov: “Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın 30 ildən daha dərin kökləri var”backend

Ceyhun Bayramov: “Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın 30 ildən daha dərin kökləri var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ilə İtaliya arasındakı əməkdaşlığın tarixi 30 ildən daha dərin köklərə malikdir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Çoxşaxəli strateji tərəfdaşlığa doğru Azərbaycan-İtaliya yolu” adlı konfransda deyib.

O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bu il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb. Nazirin sözlərinə görə, ölkə liderlərinin qarşılıqlı səfərləri Azərbaycan və İtaliya arasında əməkdaşlığı daha da gücləndirib.

C.Bayramov qeyd edib ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə şirkətləri fəaliyyət göstərən ilk ölkələrdən biridir.

XİN başçısı həmçinin ölkələr arasında ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda italyan dili tədris olunur və İtaliya-Azərbaycan Universitetinin tikintisi ilə bağlı yeni saziş sayəsində bütün lazımi sahələr orada tədris olunacaq.