Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfər çərçivəsində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazir Azərbaycanın 2024-cü ildə GUAM-da sədrliyə baxışı və təşkilat çərçivəsində əməkdaşlığın perspektivlərindən danışıb.
XİN başçısı mövcud geosiyasi vəziyyət fonunda beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini vurğulayıb.