Ceyhun Bayramov Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olubbackend

Ceyhun Bayramov Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki Mobil səhra hospitalına gəliblər.

İnterpress.az-ın xəbərinə görə, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra Bayramovla Çavuşoğluna mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.