Çil formasında tatu etdirdi “meymunçiçəyi”nə bənzədi – FOTObackend

Çil formasında tatu etdirdi “meymunçiçəyi”nə bənzədi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada qız üzünə çil formasında tatu etdirib.

Sosial şəbəkə istifadəçiləri qızın yeni döyməsini meymunçiçəyi izləri ilə müqayisə ediblər.

Onlar “TikTok”da döymə ustasının videosunun altındakı şərhlərdə fikirlərini bildiriblər.

Əl işlərini sosial şəbəkədə paylaşan və çoxlu izləyicisi olan avstraliyalı döymə ustası Deysi Lavsikin üzünə çil döyməsi etdirdirmək üçün uzaqdan müştəri gəlib. İş başa çatdıqdan sonra bloqer videonu “TikTok”a yerləşdirib.

İstifadəçilər hesab edirdilər ki, çillər daha çox meymunçiçəyi izlərinə bənzəyir. Onlar yazıblar ki, belə döymə real görünmür, ona görə də müştəri yəqin ki, etdiyinə peşman olub.

Deysy Lavsik isə qızın döymədən razı qaldığını yazıb.

 

Mənbə: Gazeta.ru