Çin 2042-ci ilə qədər dünyanın ən böyük mülki aviasiya bazarı olacaqbackend

Çin 2042-ci ilə qədər dünyanın ən böyük mülki aviasiya bazarı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın təyyarə istehsalçısı Airbus, Çinin yaxın 20 ildə Avropa və Şimali Amerikanı geridə qoyaraq “dünyanın ən böyük mülki aviasiya bazarına” çevriləcəyini proqnozlaşdırır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Airbus China ölkədəki kommersiya mülki aviasiya donanmasının 2042-ci ildə 10 930 təyyarəyə çatacağının gözlənildiyini bildirib.

Şirkət, Çinin mülki aviasiya xidmətləri bazarının bu tarixə qədər 54,1 milyard dollara çatacağını proqnozlaşdırır və bu ölkənin həcm baxımından Şimali Amerika və Avropanı geridə qoyacağını proqnozlaşdırır.

Airbus Çinin müştəri xidməti strategiyası və biznesin inkişafı üzrə vitse-prezidenti Hu Yonqdon Çində mülki aviasiya sənayesinin səmərəlilik və keyfiyyət baxımından davamlı inkişaf nümayiş etdirdiyinə diqqət çəkərək, onun texniki xidmət, təlim və istismar baxımından yeni imkanlar təqdim etdiyini qeyd edib.

Çində mülki aviasiya sektorunda çalışan pilot, texnik və kabin heyətinin sayı 2023-cü ildə 212 min olduğu halda, 2042-ci ildə bu sayın 561 minə çatacağı proqnozlaşdırılır.