Çin Cənubi Çin dənizindəki mübahisəli sahildə üzən maneəni bərpa edirbackend

Çin Cənubi Çin dənizindəki mübahisəli sahildə üzən maneəni bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Cənubi Çin dənizində Filippinlə suverenlik mübahisəsi olan Scarborough Shoal-ın girişində yenidən üzən maneə quraşdırıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamaya görə, üçbucaq formalı dəniz bəndi ilə əhatə olunmuş dənizdəki dayazlığın ağzı Çin Sahil Mühafizəsi gəmiləri tərəfindən üzən maneə ilə bağlanıb.

Sahil Mühafizəsinin sözçüsü Jay Tarriela, Çin gəmilərinin və Filippin Balıqçılıq və Su Resursları Bürosuna aid bir patrul gəmisinin fevralın 21-də ərazidən 1,3 dəniz mili (təxminən 2,4 kilometr) kənarda “maneəçi manevrlər” həyata keçirdiklərini və sonra maneənin qoyulduğunu söyləyib.

Mətbuat katibi Tarriela qeyd edib ki, onlar əvvəlki hallarda olduğu kimi maneəni aradan qaldırıblar.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning də Pekində keçirilən mətbuat konfransında maneənin qoyulduğunu təsdiqləyib və bunun “zəruri tədbir” olduğunu müdafiə edib.