Çin İndoneziyada partlayışda 8 vətəndaşının öldüyünü açıqlayıbbackend

Çin İndoneziyada partlayışda 8 vətəndaşının öldüyünü açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin İndoneziyada bir Çin şirkətinin nikel tökmə zavodunda baş verən partlayışda həyatını itirən 18 işçidən 8-nin vətəndaş olduğunu açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən gündəlik mətbuat konfransında partlayışda 8 çinli işçinin həyatını itirdiyini və yaralananlar arasında çinlilərin də olduğunu təsdiqləyib.

Dekabrın 24-də Shanghai Decent şirkətinin Sulavesi adasındakı nikel tökmə zavodunda ərimə sobasının partlaması nəticəsində 18 işçi ölüb, 44 işçi yaralanıb.

Yerli polis bildirib ki, şirkət qəzada səhlənkarlıq edib-etmədiyini araşdırır.

İndoneziyanın mineral sərvətlərlə zəngin Sulavesi əyaləti elektrik nəqliyyat vasitələrində istifadə edilən nikelə qlobal tələbatın artması səbəbindən son illərdə xüsusilə Çindən iri miqyaslı xarici investisiya cəlb edir.