Çin şirkətlərinə ABŞ tərəfindən sanksiya tətbiq edilməsinə reaksiya verilibbackend

Çin şirkətlərinə ABŞ tərəfindən sanksiya tətbiq edilməsinə reaksiya verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində 17 Çin şirkətinin də yer almasına Çin reaksiya verib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Çin Ticarət Nazirliyindən verilən açıqlamada Vaşinqtonun sərhədlər üzərindəki yurisdiksiyasından birtərəfli sanksiyalarla istifadə etdiyi və qərarın “iqtisadi zorakılığın tipik bir nümunəsi” olduğunu müdafiə etdiyi ifadə edilib.

Açıqlamaya görə, Çin ölkə şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Çinin Ukrayna böhranında obyektiv və qərəzsiz mövqe tutduğunu, sülh danışıqlarını təşviq etməyə və siyasi həll üçün konstruktiv rol oynamağa çalışdığını bildirib.

Çin və Rusiya arasında normal ticarət və iqtisadi əməkdaşlığın nə üçüncü tərəfləri hədəf alacağını, nə də üçüncü şəxslərin müdaxiləsinə məruz qalmayacağını vurğulayan sözçüsü Mao, bu səbəbdən Çin şirkətlərinə qarşı qeyri-qanuni sanksiyaların tətbiqinə qarşı olduqlarını qeyd edib.

Fevralın 23-də, Rusiya-Ukrayna müharibəsinin başlamasının ikinci ildönümü ərəfəsində ABŞ 9 Çin şirkətini sanksiya siyahısına daxil etdi və 8 Çin şirkətinə hərbi xidmət təmin edə biləcək məhsulların ticarəti ilə bağlı ixrac məhdudiyyətləri tətbiq edib.