Çin Yerin təbii peykinə taykonavtları endirməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmik Uçuş Proqramı Ofisinin rəis müavini Lin Sitsyan bildirib.
“Taykonavtlar Aya eniş üçün uğurla hazırlaşırlar. Aya insanlı missiyanın göndərilməsi üzrə işlər ümumilikdə uğurla davam edir”, – direktor deyib.
Onun sözlərinə görə, Ay missiyası üçün raket, rover və skafandr hazırlanıb və qrafikə uyğun sınaqdan keçirilir.
Xuraman Etibarlı
İnterpress.az