Çində istilər rekord həddə çatıbbackend

Çində istilər rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 1961-ci ildən bəri ən isti günlərini yaşayır və son günlər temperatur 35 dərəcəyə çatır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkədə son 6 ayda rekord yüksək temperatur qeydə alınıb.

Milli İqlim Mərkəzinin verdiyi açıqlamada bu il ölkədə əvvəlki illərlə müqayisədə dörd daha təsirli isti dalğasının olduğu bildirilib.

Orta hesabla 35 dərəcə Selsi ilə ən isti günlər 1961-ci ildən bəri yaşanır.

Ölkənin şimalında 200 milyondan çox insan bəzi günlərdə 40 dərəcəni keçən hava istiliyindən əziyyət çəkir.

Çin Meteorologiya İdarəsinin rəhbəri Cou Bing bildirib ki, həddindən artıq istilər El Nino hava hadisələri ilə bağlıdır və buna görə də yayda ölkənin cənubunda yağıntıların artması, şimalda isə quraqlıq müşahidə olunur.

Ölkənin şimalında temperaturun daha da yüksələcəyi gözlənilir.

Daşqınlar ölkənin cənub-qərbində baş verir

Çinin cənub-qərbində “son 50 ilin ən pis daşqını” olaraq xarakterizə edilən fəlakət səbəbindən 10 min insan evlərini tərk edib.

Daşqın nəticəsində 70-ə yaxın ev dağılıb. İlkin hesablamalara görə, dəymiş ziyan ən azı 79 milyon dollar qiymətləndirilir.

Hələlik təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.