Çindən gələn mallara 104% tariflər bu gün günorta qüvvəyə minib.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox Business” Ağ Evə istinadən yazıb.
Bildirilir ki, ABŞ-nin Çin məhsullarına 104% həcmində tarifləri aprelin 9-dan tətbiq edilməyə başlayacaq.
“Ağ Ev sözçüsü əlavə 104% tariflərin Çinin cavab tədbirlərini ləğv etmədiyi üçün günorta qüvvəyə mindiyini söylədi. Sabahdan, aprelin 9-dan əlavə rüsumlar tutulacaq”, – nəşrdə deyilir.
Xuraman Etibarlı
İnterpress.az