Çinin 2023-cü ildə təbii qaz hasilatı əvvəlki ilə nisbətən 5,6 faiz artaraq 230 milyard kubmetrə çatıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Çin Milli Enerji İdarəsi ölkənin 2023-cü il təbii qaz hasilatı ilə bağlı məlumatı açıqlayıb.
Müvafiq olaraq, ölkənin təbii qaz hasilatı ötən il əvvəlki ilə nisbətən yüzdə 5,6 artaraq 230 milyard kubmetrə çatıb.
Təbii qaz hasilatında şist qazı və qaz hidrat kimi “qeyri-standart” qazların hasilatı ümumilikdə 96 milyard kubmetri keçərək təbii qaz hasilatının 43 faizini təşkil edib.
İstehsalda Sincan-Uyğur Muxtar Bölgəsinin Tarim hövzəsi, Daxili Monqolustan Muxtar Vilayətinin Ordos bölgəsi və Sıçuan əyaləti liderlik edib.
Təbii qaz tələbatının böyük hissəsini yerli istehsal hesabına qarşılayan Çin 2022-ci ildə 364,6 milyard kubmetr qaz istehlak edib.