COVID-19 pandemiyası bütün dünyada gözlənilən ömür müddətini 1,5 ildən çox qısaldıbbackend

COVID-19 pandemiyası bütün dünyada gözlənilən ömür müddətini 1,5 ildən çox qısaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq araşdırma, COVID-19 pandemiyası nəticəsində 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığını ortaya qoyub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

1950-2021-ci illər arasında Qlobal Xəstəlik Yükü (GBD) araşdırmasının 195 ölkəsində ölüm nisbətlərinin və gözlənilən ömür uzunluğunun təhlilindən, eləcə də sorğular, siyahıyaalmalardan və digər mənbələrdən əldə edilən məlumatlardan istifadə edilən araşdırma, xüsusilə 2010-cu il dövrünə diqqət yetirib.

Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun (IHME) apardığı araşdırma, 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığını və keçmiş artımların kəskin şəkildə geri çəkildiyini müəyyən edib.

İHME-də çalışan araşdırmaçılardan Dr. Austin E. Schumacher, Covid-19 epidemiyasının bütün dünyada böyüklər üzərində dərindən təsirləndiyini ifadə edib: “Epidemiya zamanı ölkələrin və bölgələrin yüzdə 84-də gözlənilən ömür uzunluğu azaldı. Bu, yeni patogenlərin dağıdıcı potensial təsirlərini ortaya qoyur”.

Gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.

Araşdırmanın təfərrüatları “The Lancet” jurnalında dərc olunub.