Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verilibbackend

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Məlumata görə, Vətən müharibəsi iştirakçısı Malik Yusif oğlu Həmzəyev RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, hazırda ehtiyatda olan baş leytenant Malik Həmzəyev 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

 

İnterpress.az