Danimarkanın baş naziri Mette Frederiksen bütün artilleriya silahlarını Rusiya ilə müharibədə ehtiyac duyduqlarını əsas gətirərək Ukraynaya bağışlamağa qərar verdiklərini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Frederiksen Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) çərçivəsində keçirilən 7-ci Ukrayna Naharında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Məsələnin istehsal olmadığını və silahlara sahib olduqlarını ifadə edən Frederiksen deyib: “Bizim indi istifadə etməmiz lazım olmayan, Ukraynaya verməmiz lazım olan hava müdafiə sistemimiz var”.
Avropada hələ də hərbi sursatların olduğunu qeyd edən Frederiksen, Ukraynaya yardımın “sürətləndirməli və artmalı olduğunu” vurğulayıb.