DATÜB Lideri Ziyatdin Kasanov Mövlud Çavuşoğlu ilə görüşübbackend

DATÜB Lideri Ziyatdin Kasanov Mövlud Çavuşoğlu ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 10-da Antalyada Mərkəzi ofisi İstanbulda olan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) 4-cü qurultayı keçiriləcək. Antalyada öz işinə başlayacaq qurultayda Azərbaycan, Qazaxıstan, ABŞ, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya və Qırğızıstandan nümayəndə heyətlərinin, eləcə də Türkiyə, Azərbaycan  və digər xarici dövlətlərdən bir çox önəmli isimlərin qatılacaq.

Qurultay öncəsi Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Lideri Ziyatdin Kasanov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Çavuşoğlu qurultaya uğurlar arzu edib. O, bildirib ki, bundan sonrada qardaş Ahıska türklərinin haqlı mübarizələrində onların yanında olacaqlar.

Toğrul Allahverdili

Antalya