“Delta” ştammı öz-özünü məhv edirbackend

“Delta” ştammı öz-özünü məhv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya alimləri koronavirusun “Delta” ştammının öz-özünü məhv edərək sıradan çıxmasını müəyyən ediblər.

Bu barədə ölkənin Milli Genetika İnstitutunun professoru İturo İnoue məlumat verib. Alim “Japan Times” qəzetinə müsahibəsində Yaponiyada COVID-19-a yoluxma halları azalmasını məhz “Delta” ştamının özünü məhv etməsi və kütləvi vaksinasiya ilə əlaqələndirib.

Qeyd edək ki, gündoğar ölkədə üç ay öncə yoluxmaların sayı 26 minə çatsa da, bu gün yoluxma səviyyəsi 200 nəfər cıvarındadır.

Mənbə: “RİA Novosti”