Deputat: “Azərbaycanda qida zəhərlənməsi halları artıb”backend

Deputat: “Azərbaycanda qida zəhərlənməsi halları artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Azay Quliyev son zamanlar Azərbaycanda qida zəhərlənməsi hallarının artdığını bildirib.

İnterpress.az-ın məlumatına görə, parlamentin bugünkü plenar iclasında “Qida təhlükəsizliyi haqqında” qanuna təklif edilən dəyişiklərin müzakirəsi zamanı danışan deputat bildirib ki, bu məsələdə statistika düzgün aparılmalıdır.

O söyləyib ki, qida zəhərlənmələrindən ölənlərin sayı artıb: “Bu da Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) üçün ciddi siqnal olmalıdır. Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir”.

A.Quliyev eyni zamanda vurğulayıb ki, AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir: “Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır”.