Deputat növbəti onlayn qəbul keçirdi – 10 SEÇİCİNİ DİNLƏDİ VƏ… – FOTObackend

Deputat növbəti onlayn qəbul keçirdi – 10 SEÇİCİNİ DİNLƏDİ VƏ… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərimizlə növbəti onlayn qəbulumuz baş tutdu. Karantin dövrünün şərtlərini nəzərə alaraq seçicilərimizin müraciətləri əsasında onlayn zənglər ilə bu gün 10 vətəndaşın qəbulunu həyata keçirdik.

Interpress.az xəbər verir ki, bunu həmin Dairədən seçilən millət vəkili Şahin Seyidzadə deyib.

 

 

“Abşeron (Qobu, Hökməli, Atyalı qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Təklə Mirzəbaba kəndi) rayonlarından məşğulluq, hüquq, torpaq, idman və sağlamlıq sahələri üzrə müraciət edən seçicilərimiz qəbul edilib. Gün ərzində keçirilən görüşlərdə vətəndaşların müraciət etdiyi mövzular ilkin olaraq dinlənilərək müvafiq sənədlər qəbul edilib, növbəti addımlarla bağlı istiqamətlər verilib”-deyə, o, əlavə edib.