Deputat üç rektoru hədəfə aldı: “Dağıdıcı və antimilli…”backend

Deputat üç rektoru hədəfə aldı: “Dağıdıcı və antimilli…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Universitetlərdə elmi dərəcəsi olmayan yaxud saxta namizədlik və doktorluq elmi dərəcəsi alanlara vəzifələr verilir”. bunu deputat Etibar Əliyev deyib. O, bildirib ki, yaxud qohumları, yerliləri, dostlarına bütün universitet əməkdaşlarını narazı salan seçkilər keçirməklə vəzifələr verilir.

“Yaxın günlərdə bu cür dağıdıcı və antimilli məsələlər barədə Milli Məclisdə çıxışım olacaq. Bu hallar universitetlərdə təhsil mühitini korlayır. Ümidsizlik yaradır. Bu Universitetlərin rəhbərlərinə sual verin: Nə üçün bunu edirsiniz?”.

Deputat bu sualları Azərbaycan Neft və Sənaye, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji universitetlərinin rektorlarına ünvanlayıb.