Dörd milyona yaxın ukraynalı məcburi köçkünə çevrilibbackend

Dörd milyona yaxın ukraynalı məcburi köçkünə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində ukraynalıların 3,9 milyonu qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub.

İnterpress.az  xəbər verir ki, bu açıqlama ilə BMT-nin baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT-də Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

BMT rəsmisi əlavə edib ki, martın 27-nə olan məlumatlara görə, hərbi toqquşmalar nəticəsində Ukraynada 99-u uşaq olmaqla, 1 119 nəfər mülki şəxs həyatını itirib.

Ukrayna Baş Prokurorluğunun bu gün yaydığı məlumata görə isə, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb, daha 222 uşaq yaralanıb.