“Dövlət qurumları vətəndaşlara yersiz cərimələr yazırlar“ – Deputatdan etirazbackend

“Dövlət qurumları vətəndaşlara yersiz cərimələr yazırlar“ – Deputatdan etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Fazil Mustafa bir müddət əvvəl koronavirusa görə yazılmış cərimələrin ləğv olunması ilə bağlı çağırış etmişdi. Gürcüstanda və digər ölkələrdə bu təcrübədən istifadə edildiyini xatırladan millət vəkili Azərbaycanda da analoji qaydada davranmağın vacibliyini bildirmişdi. 

Deputat bununla bağlı hökumətə müraciət edibmi? Ümumiyyətlə, Azərbaycanda koronavirusa görə ayzılan cərimələr silinə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu bir təklifdir, səsləndirib:

“İndiki vəziyyətdə cərimələrin toplanması və yaxud da cərimələrin geniş şəkildə tətbiqi məsələsi gündəmdə yoxdur. Həmçinin vətəndaşların düşdüyü vəziyyət də o qədər ürəkaçan deyil. Digər tərəfdən, başqa qurumlar tərəfindən vətəndaşlara yazılan cərimələrin də sayı çoxdur. Və bir çox hallarda yersiz cərimələr yazılır. Buna görə də, bu kimi məsələləri nəzərə alaraq bu istiqamətdə müəyyən addımların atılmasını təklif etmişdik. İndiki vəziyyətdə hələki belə cərimələrin alınması və yaxud da onun məcburi ödənməsi ilə bağlı xüsusi bir məsələ yoxdur. Ümumiyyətlə, məcburi şəkildə cərimələrin ödənməsi də tələb olunmur. Ona görə də bu məsələnin üstünə çox düşmürük. Ancaq gələcəkdə koronavirus başa çatdıqdan sonra bu məsələnin üzərində dayanmaq olar. Hələki bu məsələ ilə bağlı rəsmi qaydada müraciət etməmişik. Lakin pandemiyadan sonra bu mesələ gündəmimizdə olacaqdır. Cərimələrin silinməsi vətəndaşların düşdüyü vəzziyyətdən xialsı üçün ən aktual çıxış yolu olacaqdır.”.