Füzuli rayonundan Şuşa şəhərinə aparan Zəfər yolu turizm marşrutuna çevrilmək üzrədir.
İnterpress.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.
Onun sözlərinə görə, bununla bağlı konseptual layihə icra olunur: “Burada əsas məqsəd Zəfər yolu üzərində lazmi infrastrukturun – turistlərin dayanması, dincəlməsi üçün ictimai iaşə obyektlərinin yaradılmasıdır. Növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir”, – deyə o qeyd edib.