Dünya Bankı və BVF-dən Somaliyə 4,5 milyard dollar borc dəstəyibackend

Dünya Bankı və BVF-dən Somaliyə 4,5 milyard dollar borc dəstəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Somaliyə borcdan azad edilməsi üçün cəmi 4,5 milyard dollar yardımı təsdiqlədiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. BVF və Dünya Bankının birgə bəyanatına görə, iqtisadi dəstək qərarı alınıb.

Ağır Borclu Yoxsul Ölkələr (HIPC) Təşəbbüsü çərçivəsində Somaliyə 4,5 milyard dollar borc dəstəyi veriləcəyi bildirilib.

Somali hökuməti BVF və Dünya Bankının qəbul etdiyi qərarı alqışladığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1992-ci ildən Somaliyə tətbiq etdiyi silah embarqosunu dekabrın 2-də ləğv edib.