Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 8,7 milyon insan tütün istifadəsi səbəbindən ölür.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ÜST-nin qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub:
“Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara siqaret tüstüsünə passiv məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir”.