Cənubi Amerika ölkəsi Ekvadorda “Silahlı Vətəndaş Münaqişəsi” elan edildikdən sonra saxlanılan dəstə üzvlərinin sayı 1534-ə çatıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hökumətdən verilən açıqlamada son 6 gündə həyata keçirilən əməliyyatlarda saxlanılan dəstə üzvlərinin sayının 1534-ə yüksəldiyi və onlardan 158-nin həbs edildiyi bildirilib.
Həmçinin əməliyyatların polis-hərbi əməkdaşlığı çərçivəsində aparıldığı, bu müddət ərzində 5 dəstə üzvünün öldürüldüyü, 2 polisin isə həyatını itirdiyi bildirilib.
Belə ki, əməliyyatlar zamanı girov saxlanılan 11 polisin dəstələrdən xilas edildiyi, 575 silah və 478 əl istehsalı partlayıcının ələ keçirildiyi bildirilib.
5,6 tondan çox narkotik maddənin müsadirə edildiyi vurğulanıb və əməliyyatların qətiyyətlə davam etdiriləcəyi paylaşılıb