“El Mocho” ləqəbli narkotik alverçisi Kolumbiyada tutulubbackend

“El Mocho” ləqəbli narkotik alverçisi Kolumbiyada tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada ölkənin ən böyük silahlı qruplaşmalarından biri olan Clan del Golfo-nun tanınmış lideri “El Mocho” ləqəbli narkotik alverçisi əməliyyatla saxlanılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

El Moçonun məşhur narkotik alverçilərindən biri olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu məlum olub. Milli mətbuatda yer alan xəbərə görə, təhlükəsizlik qüvvələri Antiokiya inzibati bölgəsindəki Taraza şəhərinin kənd ərazisində əməliyyat keçirərək “El Mocho” ləqəbli Federiko Kardonanı ələ keçirib.

Ordu və polisin birgə əməliyyatı nəticəsində ələ keçirilən El Moço və adamları saxlanılıb.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.

O, ABŞ-a ekstradisiya olunacaqmı?

Narkotik daşınması, adam oğurluğu, qəsb və dəstə yaratmaq ittihamları ilə mühakimə olunacağı gözlənilən El Moçonun ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi yaxın həftələrdə bəlli olacaq.

El Moçonun məşhur narkotik alverçilərindən biri olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu məlum olub.

“Otoniel” 2021-ci ilin oktyabrında hərbçilərlə polisin birgə əməliyyatı nəticəsində ələ keçirilib və daha sonra ABŞ-a təhvil verilib.

ABŞ-da 45 il həbs cəzası alan Otoniel Clan del Golfo təşkilatının rəhbəri kimi tanınırdı.