Elmar Məmmədov rektoru təltif etdi -FOTObackend

Elmar Məmmədov rektoru təltif etdi -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev Milli Tikinti və Arxitektura Universitetinin rektoru, Ukrayna Universitet Rektorları Şurasının sədri Pyotr Kulikovla görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlığın perspektivləri müzakirə olunub. Alyansın sədri Elmar Məmmədov Universitetin rektoru Pyotr Kulikovu Beynəlxalq Alyansın qızıl medalı ilə təltif edib.

Elmar Məmmədov bildirib ki, rektor bu mükafata keyfiyyətli təhsilə və azərbaycanlı tələbələrə yaratdığı imkanlara görə layiq görülüb.

Rektor verilən dəyərə görə təşəkkürünü bildirib və Azərbaycanla əməkdaşlığa daima hazır olduqlarını qeyd edib.