Əməkdar artist pərəstişkarına qarşı kobudluğa görə QINANDI – FOTObackend

Əməkdar artist pərəstişkarına qarşı kobudluğa görə QINANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qriqori Leps konsertdə pərəstişkarının telefonunu vurub əlindən salıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məliumat yayıb. Bildirilir ki, Rusiyanın əməkdar artisti Qriqori Leps Kostromadakı konsertində pərəstişkarının telefonunu vuraraq əlindən salıb.

Leps qızın onu çox yaxından çəkməsini bəyənməyib. Kostroma sakinlərinin bu məsələ ilə bağlı fikirləri fərqlidir. Bəziləri müğənninin hərəkətini qərəzli adlandırıb, bəziləri isə baş verənlərdə pərəstişkarın özünün günahkar olduğuna inanır.

Leps aprelin 13-də Qubernski Sərgi və Konqres Mərkəzinin səhnəsində çıxış etmək üçün Kostromaya gəlib.

“Mən şəlalə olacağam” hitini ifa edərkən o, səhnənin kənarına doğru gedib. Bu zaman tamaşaçılardan biri video çəkmək üçün istifadə etdiyi telefonu birbaşa sənətçinin üzünə tutub.

Əvvəlcə o, qıza telefonu götürməsi üçün işarə edib, lakin qız başa düşmədikdə, sadəcə telefonu onun əlindən vurub salıb.

Xuraman Etibarlı

İnterpress.az