Ərdoğan: “Terror hücumları ilə millətimizi bölmək dövrü bitib, uduzacaqlar”backend

Ərdoğan: “Terror hücumları ilə millətimizi bölmək dövrü bitib, uduzacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror hücumları ilə millətimizi bölmək dövrü bitib.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanında yeni uçuş-enmə zolağının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, terrorçular daha Türkiyə xalqı arasında nifaq toxumu səpə bilməycək.

R.T.Ərdoğan terrorla mübarizənin davam edəcəyini söyləyib: “Terrorla bizi məğlub edə bilməyəcəklər. Bütün cəhdlərə baxmayaraq, kimsə bizim yolumuzu kəsə bilməyib. Türkiyə yüz ilinin qarşısını da ala bilməyəcəklər. Uduzacaqlar”.

Türkiyə lideri vurğulayıb ki, terrorçuları dəstəkləyənlərə imkan yaradılmayacaq.