Erməni hərbçilər qəzaya düşdü: Ölən varbackend

Erməni hərbçilər qəzaya düşdü: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 10-da Zəngəzur mahalının Sünik rayonunda avtomobil qəzası baş verib.

bu barədə “Yerkir” məlumat yayıb.

Bildirilir ki, günorta saat 13:00 radələrində Sünik rayon sakini, 30 yaşlı Sarkis Z. idarə etdiyi “Opel Zafira” markalı avtomobillə İrəvan-Mehri yolunun 222-ci km-də naməlum şəraitdə yolun sol tərəfinə çıxıb.

Qəza nəticəsində Sarkis Z. və sərnişinlər, Sünik rayon sakinləri, 30 yaşlı Harut M. və 50 yaşlı Davit H. ağır bədən xəsarətləri ilə Gorus Tibb Mərkəzinə aparılıblar. Təcili yardımla aparılan Davit H. yolda dünyasını dəyişib.

Yerli mətbuatın iddiasına görə, avtomobildə olanlar Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən müqaviləli hərbçilər olub.