Erməni vəhşiliyi sərhəd tanımır: “Təzminat şəklində geri alınmalıdır”backend

Erməni vəhşiliyi sərhəd tanımır: “Təzminat şəklində geri alınmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-nin Kəlbəcərdə nümayiş etdirdiyi videomateriallar bir çox məsələləri üzə çıxarır. Bu faktlar sübut edir ki,  ermənilər işğal olunmuş ərazilərimizdə təkcə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq su hövzələrinə zərər verməklə ekoloji fəlakət törədiblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan bunu mütləq şəkildə təzminat məsələsinə əlavə etməlidir:

“Çünki bunlar Azərbaycanın təbii sərvətidir, Azərbaycana məxsusdur. Mədəni irsə, vətəndaşlara dəyən ziyanla bağlı bütün hər şey hesablanmalıdır. Mənə elə gəlir ki, yaranan mövcud komissiya belə də edəcək. Təbiətə vurduqları ziyan dəyərləndirilib təzminat şəklində geri alınmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, bu məsələdə Ermənistanın maddi durumunun hansı vəziyyətdə olması bizə maraqlı deyil:

“Əgər onun sosial durumu aşağı səviyyədə idisə, niyə müharibə edirdi?! Üstümüzə silahlarla gəlirdi, bunun yerinə o vəziyyəti barədə fikirləşməliydi. Məğlub olmamışdan əvvəl onlar Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edirdilər. Onun sosial durumunun aşağı səviyyədə olması bizə dəyən ziyanı bağışlamağımız üçün əsas deyil. İndiyədək Qarabağdan apardıqları təbii sərvətlərimizin hamısı hesablanmalıdır”.

İnterpress.az