Ermənilər niyə Azərbaycan dilini öyrənirlər? – AÇIQLAMAbackend

Ermənilər niyə Azərbaycan dilini öyrənirlər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Azərbaycan dilini öyrədən ilk tədris mərkəzi açılıb. Mərkəzin rəhbərliyi hesab edir ki, bu dili yalnız xüsusi xidmət orqanlarının əməkdaşları deyil, sadə vətəndaşlar da bilməlidir. 

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov mövzu ilə bağlı Yenisabah.az-a açıqlmasında ermənilərin Azərbaycan dilini öyrənməsinin xüsusi bir yenilik olmadığını bildirib:

“Ermənistanda uzun illərdir ki. türk dilini, türk problemlərini öyrənən mütəxəssislər yetişir. Eyni zamanda, ölkədə güclü türkoloqlar var.

Ermənistanda keçmiş SSRİ-ni, eləcə də Cənubi Qafqazı öyrənən istənilən ekspert türk dilini bilir. Türk dilini bilirlərsə, Azərbaycan dilini bilmələri də normaldır.

Bu yeni bir məsələ deyil və təəccüb doğurmur, ermənilər Azərbaycan dilini öyrəməyə çalışdıqlarını indi ictimai şəkildə elan edirlər. Çünki onlar uduzduqları Azərbaycan haqqında hər şeyi bilməyə can atırlar. Azərbaycanın bütün siyasi gedişlərini, millətçi qüvvələri, siyasi qüvvələrin antierməni meyllərini və ya çağırışlarını yaxşı öyrənmək istəyirlər.

Ermənilər istəyir ki, Azərbaycan mətbuatı onlar üçün rusdilli məkandan deyil, Azərbaycan dilli məkanından açıq olsun.

Çünki rus dilində gedən xəbərlərimiz daha tolerant, ölçülüb-biçilmiş olur.

Ermənilər “düşmənini yaxşı öyrən” taktikasını seçiblərsə, sosial şəbəkə istifadəçilərimiz, mediada aktiv olan siyasətçilərimiz də öz çıxışlarında, bəyanatlarında millətləarası intriqaları, millətlərarası ədavəti qızışdıra biləcək çıxışlardan çəkinəcəklər”.