Ermənilərin “cəsur” Peqovu bu gün şərəfsiz oldu…backend

Ermənilərin “cəsur” Peqovu bu gün şərəfsiz oldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni təbliğat maşınının 44 günlük müharibə dövründə ən çox istifadə etdiyi alətlərindən biri “WarGonzo” layihəsi və “jurnalist” Semyon Peqov idi.

Bu şəxsi Ermənistan Müdafiə Nazirliyinin “taktiki olaraq geri çəkilmə” yalanının banisi Artsrun Ovannisyanın milliyətçə erməni olmayan və bir qədər daha həyasız versiyası da adlandıra bilərik. Çünki bəlkə də Ovannisyan açıqlama verərkən öz həmvətənlərinin qəzəbli reaksiyasını azacıq da olsa nəzərə alırdı, ancaq erməni təbliğat maşınının “xidmətçisi” olan Peqov üçün heç nəyin fərqi yox idi.

O, bu cür həyasızlıqla müharibənin davam etdiyi günlərdə qısa müddət ermənilərin istinad yerinə, bəlkə də fəxrinə çevrilmişdi. Axı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zəfər xəbərlərini Ermənistandakı müvafiq qurumdan əvvəl o təkzib edirdi, özü də video ilə “hadisə yerindən” (sonradan çəkilişlərin iddia olunan ərazidən çox uzaq olduğu üzə çıxırdı) çıxış edərək…

O zaman Semyon Peqov ermənilərin sevimlisi idi. Ancaq indi vəziyyət kökündən dəyişib. Ermənilər bu kürən oğlanın da iç üzünü anlamağa başlayıblar. Düzdür yalan danışmaq ermənilər üçün heç də böyük qəbahət sayılmır, ancaq yenə də bu adamın əsl mahiyyətini başa düşməyə kifayət edib.

Artıq sosial şəbəkənin erməni seqmentində onun barəsində qızğın müzakirələr aparılır və ermənilər də Semyon Peqovun şəxsiyyətini ən “yüksək” səviyyədə qiymətləndirirlər:

“O, yaxşı oğlandı, hər zaman düz danışır, mən onun tərəfindəyəm, onun sayəsində Hadrut indi bizdədir”.

Ermənilərin S.Peqovla bağlı rəylərində yazılan ən yüngül ifadə məhz ironiya ilə söylənmiş bu fikirdir. Peqovun hazırkı dəyərini ifadə edən digər rəyləri isə hər hansı bir şəkildə etik normalara sığdırmaq mümkün olmadı. Peqovun ailə üzvlərini yad edən kim, onun hətta nə zamansa salam verdiyi hər kəsi satqın adlandıran kim…

Ermənilər nə zamansa “qəhrəman” elan etdikləri şəxsin bu gün əsl üzünü anlamağa başlayıblar. Olduqca acınacaqlı mənzərədir. Azərbaycan ordusunun döyüş meydanında qazandığı parlaq qələbə məhz erməni təbliğat maşınına elə bir zərbə vurdu ki, bu gün bütün ermənilər həmin mənfur kampaniyanın ağırlığı altında əzilir. Ona görə də dünən “qəhrəman”, “cəsur Peqov” olan, bu gün ən mədəni şəkildə desək “şərəfsiz”ə çevrilib.

Azərbaycan təkcə saxta miflərə deyil, eyni zamanda erməni təbliğatının çirkin mahiyyətinə də ölümcül zərbə vurdu. Ordumuz öz qələbəsi ilə peqovkimilərin əsl üzünü bütün dünya qarşısında ortaya qoydu. Peqov kimi bu mənfur kampaniyanın tör-töküntülərinin tam məhvi isə ermənilərin öz işidir. Hər halda bu gün Peqov yenidən erməniləri aldatmaqla məşğuldursa demək ki, xidmət etdiyi qüvvələr ondan bunu tələb edir. Bu işdə erməni riyakarlığı da Peqovun imdadına hələ ki, çatır. Çünki bu xalqın şüurunda öz uydurduğu yalana bağlanmaq, inanmaq xəstəliyə çevrilib.

Bundan sonra Peqovu sevmək, yoxsa söymək ermənilərin öz qərarıdır. Gedişat isə Peqovun sonunun heç də yaxşı olmayacağını göstərir… Hər halda bu gün onu söyənlərin sabah nələr edə biləcəyini heç kim təxmin edə bilməz.