Ermənistan Rusiyaya meyvə və tərəvəz ixracının qadağan edildiyini TƏSDİQLƏDİbackend

Ermənistan Rusiyaya meyvə və tərəvəz ixracının qadağan edildiyini TƏSDİQLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan 16 erməni şirkətinə Rusiya bazarına meyvə və tərəvəz ixracını qadağan edildiyini təsdiqləyib.

interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bu gün Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi (IFSA) təsdiqləyib ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 16 erməni şirkətinə Rusiya bazarına meyvə və tərəvəz ixracını qadağan edib.

Qərar iyulun 15-dən qüvvəyə minəcək. Cavab məktubunda bildirilib ki, Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə pestisidlərin olması ilə bağlı problemin həlli üçün bütün səylər göstərilir.

Yoxlama qurumu qeyd edir ki, bu kimi problemlərin aradan qaldırılması üçün akkreditasiya prosesi ilə yanaşı, yaxın vaxtlarda vaxtaşırı laboratoriya monitorinqləri də keçirməyi planlaşdırırlar.

Xatırladırıq ki, iyulun 17-də Rosselxoznadzor aprel və iyun aylarında Ermənistandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin daşınmasında qanun pozuntularının aşkar edildiyini bildirmişdi.

“Belə qərarlar adətən siyasi hesab olunur və antiböhran tədbirləri nəticəsində yaranır. Ermənistan hakimiyyətinin Rusiya siyasəti, lakin hər halda diqqətəlayiqdir ki, bu problemi necə həll edəcək?”, – media yazıb.

Xuraman Etibarlı

İnterpress.az